Uzun müddət yaddaşlardan silinməyən Roberto Karlos qolu təkrarlandı VİDEO

14:55 - 27 Avqust 2013

Həmin qolun bənzəri Rumıniya çempionatında vuruldu
 
Hazırda “Sivasspor”a başçılıq edən Roberto Karlosun uzun müddət yaddaşlardan silinməyən qolunun bənzəri Rumıniya çempionatında vurulub. 
 
Sportal.az xəbər verir ki, 1998-ci ildə “Real” – “Tenerife” oyununda fərqlənən Karlosun mükəmməl qolu başqa bir futbolçu tərəfindən təkrarlanıb. Belə ki, Rumıniya çempionatında “Konkordia” – “Nyukasl İlfoveni” komandaları arasında keçirilən oyunda Orlando da Koşta adlı futbolçu həmin zərbəyə bənzər bir qola imza atıb. 
 

 

Xəbər xətti