AFFA-dan "Xəzər Lənkəran" və "Neftçi"yə cəzalar, qadağalar

15:39 - 27 Avqust 2013

"Qarabağ" və "Qəbələ"yə cərimə
 
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 
 
Sportal.az xəbər verir ki,iclasda aşağıdakı qərarlar verilib: 
 
3 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın IV turunun AZAL – “Sumqayıt” matçının 54-cü dəqiqəsində “Sumqayıt” klubunun 5 №-li futbolçusu Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 21 №-li futbolçusu Məhəmməd Mirzəbəyov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
 
24 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın IV turunun “Simurq” – “Bakı” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. 
 
25 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın IV turunun “Qəbələ” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Oyununun 80-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur. 
 
25 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın IV turunun “Rəvan” – “İnter” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
 
25 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın IV turu çərçivəsində “Xəzər Lənkəran” – “Neftçi” matçı keçirilmiş və oyun 0:0 heasbı ilə başa çatmışdır. Oyunun fasiləsi zamanı  “Xəzər Lənkəran” klubunun azarkeşləri “Neftçi” klubunun azarkeşləri olan sektora doğru hərəkət edərək onlara fiziki təsir göstərməyə cəhd etmiş, lakin polis tərəfindən insident sakitləşdirilmişdir. Baş vermiş hadisə ilə əlaqədar matçın ikinci hissəsi 6 dəqiqə gec başlamışdır. Oyun başa çatdıqdan sonra yenidən “Xəzər Lənkəran” klubunun azarkeşləri Neftçi” klubunun azarkeşlərinə hücum etməyə cəhd göstərmiş,  polis və daxili qoşun qüvvələri tərəfindən buna imkan verilməmiş və baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısı alınmışdır. Buna baxmayaraq, “Xəzər Lənkəran” klubunun azarkeşləri “Neftçi” klubunun azarkeşləri olan sektora və meydançaya çoxlu sayda pirotexniki vasitələr, oturacaqlar və digər əşyalar atmışlar. Azarkeşlər stadionu və ətraf ərazini tərk etdikdən sonra matçın hakimləri və “Neftçi” klubunun azarkeşləri polisin müşayiəti ilə stadiondan çıxmışdır. Yuxarıda göstərilən hadisələri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
 
- 2013/2014 mövsümü Premyer Liqa və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.
 
- Stadionda baş vermiş kütləvi intizamsızlığa görə “Xəzər Lənkəran” klubu 5000 manat cərimə olunur.
 
- Pirotexniki vasitələrdən istifadə edilməsi və  meydançaya kənar əşyalar atılmasına görə “Xəzər Lənkəran” klubu 4000 manat cərimə olunur.
 
- “Xəzər Lənkəran” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə klub 1000 manat cərimə olunur.
 
- “Xəzər Lənkəran” və “Neftçi” klublarının azarkeşlərlə apardığı işin səviyyəsi çox aşağı olduğuna görə hər iki klub 5000 manat cərimə olunur.
 
- Hər iki klubun ev sahibi olduğu oyunlarda analoji hadisənin yenidən baş verəcəyi təqdirdə klub Premyer Liqa və Azərbaycan kuboku çərçivəsində ev oyunlarını azarkeşsiz keçirəcək. 
 
- Matçın gedişində stadionun diktoru tərəfindən “Xəzər Lənkəran” azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə “Xəzər Lənkəran” klubu 2000 manat cərimə olunur.
 
- “Xəzər Lənkəran” klubunun 5  №-li futbolçusu Elnur Allahverdiyevlə “Neftçi” klubunun 7  №-li futbolçusu Araz Abdullayevin idmançıya yaraşmayan hərəkətlərinə görə “Xəzər Lənkəran” və “Neftçi” klubları 2000 manat cərimə olunurlar.
 
24 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Rəvan” – “İnter” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur. 

Xəbər xətti