Tuyqun Nadirov: "Tutulan azarkeşlərdən köməyimizi əsirgəmyəcəyik"

16:38 - 27 Avqust 2013

"Biz onların buraxılması üçün əlimizdən gələni edəcəyik"
 
"İnanırsız ki, biz dünəndən bu günə qədə bu yöndə nə qədər işlər görmüşük. Mən şəxsən onları azad edilməsi üçün əlimdən gələni edirəm".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Klub rəsmisi sözlərinə belə davam edib:
 
"Deməli orada 7 azarkeş var. Onların 6sı "Xəzər Lənkəran", bir isə "Neftçi" fanatıdır. Amma biz ayrıseçkilik etmirik. Onların hər birinin azadlığa buraxılması üçün əlimizdən gələni edirik. Bundan sonra da köməyimiz əsirgəməyəcəyik. Onların valideynlərinə də bildiririk ki, narahat olmasınlar".

Xəbər xətti