"Araz" Türkiyədə qələbə qazandı

16:54 - 27 Avqust 2013

Naxçıvan klubu hazırlığı davam etdirir

 

Dünən Ərzuruma təlim məşq toplanışına yollanan Naxçıvan təmsilçisi “Araz” bu gün ilk yoxlama matçına çıxıb. Sportal.az xəbər verir ki, əvvəlcə rəqib “Ərzurumspor” olsa da, müəyyən səbəblərdən rəqib dəyişdirilib.

 

Əsgər Abdullayevin yetirmələrinin ilk sparrinq-rəqibi "Yakutiyaspor" komandası olub. İlk hissədə qapılara qol vurulmasa da 55-ci dəqiqədə Rəhman Musayev fərqlənib. 64-cü dəqiqədə isə komandanın baxışda olan legioneri Aleksandr Kurtskeviç rəqibin qapısında qol keçirməklə fərqlənməyi bacarıb.

 

Sonrakı dəqiqələrdə hesab dəyişmədiyindən matç Naxçıvan təmsilçinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti