"Napoli"də bədbəxt hadisə FOTO

06:23 - 28 Avqust 2013

İquain tanınmaz hala düşdü

 

"Napoli"nin mövsümün əvvəlində "Kral" klubundan 30 milyon avro qarşılığı heyətinə cəlb etdiyi ulduz futbolçu Qonzalo Iquain bədbəxt hadisə ilə qarşılaşıb.

Sportal.az  xəbər verir ki, ulduz futbolçu istirahət günündə özünə məxsus olan yaxtadan dənizə girmək istəyərkən, ayağının sürüşməsi nəticəsində üzü qayaya dəyib. Hadisədən dərhal sonra "Kapilupi" xəstəxanasına gətirilən futbolçuya yardım göstərilib.

 Xoşbəxtlikdən ulduz futbolçu bu cür bədbəxt hadisədən yalnız qaşına 2, çənəsinə isə 8 tikiş atılmaqla qurtulub.

-           

Xəbər xətti