"Bavariya" Superkubokun sahibi oldu VİDEO

03:37 - 31 Avqust 2013

"Bavariya" son dəqiqə qolu ilə sevindi

 

Bu gecə UEFA Superkubokunun yeni qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, həlledici görüşdə "Bavariya" və "Çelsi" komandaları üz-üzə gəlib. Ötən mövsüm Çempionlar Liqasının qalibi olan Almaniya nəhəngi daha bir kuboku muzeyinə aparmaq niyyətində idi.

Ancaq son Avropa Liqasını qazanan "Çelsi"nin yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi ilə buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilirdi.

Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasına ehtiyac duyulub ki, burada da almanlar "Çelsi"ni üstələyiblər. UEFA Superkuboku

 

 “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) - 2:2 (penaltilər seriysı - 5:4)

Qollar: Riberi, 47, Martines, 120 - Torres, 8, Azard, 93 

 

Xəbər xətti