Lukakuya növbəti dəstək Droqbadan gəldi FOTO

06:38 - 1 Sentyabr 2013

Droqbadan Lukakuya: "Sən "Çelsi"lisən!"

 

Superkubok finalında "Çelsi"nin heyətində Lukaku penaıti zərbəsini dəqiq yerinə yetirə bilməmişdi.

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın məşhur hücumçusu öz instaqram hesabından Lukakuya dəstək olub və o fikirlərini belə ifadə edib:

 

"Əgər penalti vurursansa deməli 50% onu qaçırtmısan. Hər kəs penalti vurmağa cürət etməz, sən isə bunu bacardın. Səndə mənim 2008`də finalda qırmızı aldığım kimi və "Barcelona" ilə yarımfinaldakı haqsızlıq qarşısında dözməyi öyrəndiyim kimi səhvlərlə öyrənirsən. Hər gün səbrlə məşqlərinə davam et, əlbəttə səndə hər şey alınacaq. Sən "Çelsi"'lisən, Sən zadəgansan, zadəganlar isə heç vaxt məğlub olmur, Lukaku!".

Xəbər xətti