Gəncə futbolunda yeni kurator

17:16 - 3 Sentyabr 2013

AFFA rəhbərliyi Mehman Allahverdiyevin səsləndirdiyi fikirləri müsbət qarşıladı
 
Uzun müddət “Kəpəz”in baş məşqçisi kimi fəaliyyət göstərmiş Mehman Allahverdiyev AFFA-ya müraciət edib.
 
Sportal.az xəbər verir ki, o, Gəncə futbolunun hazırkı durumundan narahatçılıq keçirdiyini bildirərək, Qərb təmsilçisini bu böhranlı vəziyyətdən çıxarmaq üçün konkret ideya və təkliflərinin olduğunu qeyd edib. 
 
Allahverdiyev vurğulayıb ki, Gəncəni təmsil edəcək klubun I divizionda çıxış etməsini, habelə AFFA-nın bayrağı altında keçirilən bütün yaş qrupları üzrə liqalarda komandanın iştirakını təmin etməyə hazırdır və ən qısa zamanda bu istiqamətdə fəaliyyətə başlaya bilər. 
 
AFFA rəhbərliyi Mehman Allahverdiyevin səsləndirdiyi fikirləri müsbət qarşılayıb və bu işlərin görülməsini ona həvalə edib. 

Xəbər xətti