Con Toşak: "Mən onun kimi istedadlı futbolçu görməmişdim"

18:24 - 3 Sentyabr 2013

"O, hər mənada peşəkardır"
 
 
 
"Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak "Real"ın yeni transferi Qaret Beyl haqda danışıb.
 
Sportal.az xəbər verir ki, 64 yaşlı çalışdırıcı "Marca"ya açıqlamasında qeyd edib ki, hətta kor adam belə uelsli Beyldə fərqli bir şeylər olduğunu görə bilər:
 
"O, hər mənada peşəkardır. Gənc yaşında zədələnməsi Beyli daha güclü etdi. Mən 17 yaşında onun kimi istedadlı futbolçu görməmişdim. Beyl, Messi və Ronaldoya yaxınlaşır. Neymardan isə daha yaxşıdı. Əgər indi 100 milyon avroya layiq futbolçu varsa, o da Beyldir".

Xəbər xətti