"Orduspor" iki il transfer edə bilməyəcək
Yığmamızın serb əsilli hücumçusu Branimir Subaşiçin klubu “Orduspor” Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılıb.
Sportal.az xəbər verir ki, I liqa klubu futbolçusu Kurşat Duymuşla müqaviləni haqsız yerə ləğv etdiyi üçün federasiyanın qəzəbinə tuş gəlib.
Nəticədə “Orduspor” TFF tərəfindən 2 mövsümlüyünə heç bir oyunçunu transfer edə bilməməklə cəzalandırılıb. Ordu klubu yaxın günlərdə Apellyasiya məhkəməsinə müraciət etməyi planlaşdırır.
saytlarin hazirlanmasi