"Məni ehtiyyatda saxlayanda bildim ki, onun mənə güvəni yoxdu"

15:03 - 4 Sentyabr 2013

Özil "Real"ı tərk etməsinə aydınlıq gətirdi

 
“Arsenal”a transfer olan Məsud Özil “Real”dan ayrılmağına aydınlıq gətirib. 
 
Sportal.az xəbər verir ki, Özil buna səbəb kimi “Real”ın baş məqşçisi Karlo Ançelottini göstərib: 
 
““Real”ı tərk etməyimə səbəb Karlo Ançelottinin mənə güvənməməsi olub. “Atletik Bilbao”yla oyunda məni ehtiyat oyunçular skamyasında saxladığı zaman bildim ki, onun mənə güvəni yoxdur. Buna görə də Arsen Vengerin təklifini qəbul etdim”.

Xəbər xətti