Mourinyo rəsmən "Fulhem"də FOTO

15:45 - 4 Sentyabr 2013

Jose Mourinyonun oğlu qapıçı olmaq istəyir
 
“Çelsi”nin baş məşqçisi Joze Mourinyonun oğlu Joze Mario Mourinyo Londonun digər klubu “Fulhem”lə müqavilə bağlayıb.
 
Sportal.az xəbər verir ki, Mourinyonun 13 yaşlı qapıçı oğlu “Fulhem”in 14 yaşa qədər futbolçulardan ibarət komandasında çıxış edəcək.
 
Joze Mario babası Feliks Mourinyonun yolunu davam etdirir. Joze Marionun babası da qapıçı olub. Yeniyetmə qolkiper “Fulhem”dən öncə İspaniyanın “Kanilyas” klubunda çıxış edib.
 
Qeyd edək ki, qapıçı Joze Mario Joze Mourinyo və xanımı Matilda Farianın ikinci övladıdır. Cütlüyün 17 yaşlı bir qızları da var.
 
 
 

Xəbər xətti