Millimizin sabiq üzvü özünə yeni komanda tapdı

23:56 - 4 Sentyabr 2013

Murad Hüseynov Serbiya Super Liqasında
 
 
 Azərbaycan yığmasının sabiq hücumçusu Murad Hüseynov özünə yeni klub tapıb.
 
Sportal.az xəbər verir ki, bundan sonra o, karyerasını Serbiya çempionatında davam etdirəcək.
 
Belə ki, 24 yaşlı futbolçu bu ölkənin Super Liqasında çıxış edən “Sloboda” klubu ilə anlaşıb. Lakin tərəflərin neçə illik müqavilə imzaladığı bilinmir.
 
 Xatırladaq ki, Murad Hüseynov vaxtilə “Qəbələ” və “Sumqayıt” klublarının da şərəfini qoruyub.

Xəbər xətti