"Futbol oyunlarını toy çəkilişləri kimi lentə almaq olmaz"

13:54 - 5 Sentyabr 2013

"Klublar bu məsələyə ciddi yanaşmalıdılar"
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Birinci Divizion klublarına xəbərdarlıq edib. Sportal.az xəbər verir ki, o, iştirakçı klublardan oyunlarını peşəkar səviyyədə lentə aldırmağı tələb edib.
 
“Klublar bu məsələyə ciddi yanaşmalıdılar. Futbol oyunlarını toy çəkilişləri kimi lentə almaq olmaz. Hərdən bizə elə videoyazılar göndərirlər ki, heç orda kimin kimlə oynadığını da başa düşmək olmur. Ona görə də klublara xəbərdarlıq edirəm: əgər PFL-ə keyfiyyətiz videoyazılar təqdim olunsa, həmin klublar cərimələnəcək və növbəti turun oyununa buraxılmayacaq”.

Xəbər xətti