UEFA-dan tarixi səhv

18:00 - 6 Sentyabr 2013

UEFA Çempionlar Liqasının final qarşılaşmasının”Zenit” və “Benfika”arasında oynanılacağı yazılıb

 

UEFA-nın Portuqal versiyasında ciddi xətaya yol verilib. Belə ki, saytda UEFA Çempionlar Liqasının final qarşılaşmasınınZenit və Benfikaarasında oynanılacağı yazılıb.

 

Sportal.az xəbər verir ki, iş o yerə çatıb ki, tarix olaraq 24 may 2014-cü il, oynanılacaq məkan isə Lissabondakı Eştadiu da Luj stadionu göstərilib. Hətta, təsvir olunan şəkildə stadionun fonunda Zenit və Benfikanın loqosuyerləşdirilib. Bir müddət sonra bu xəbər təcili yığışdırılıb.

 

Xəbər xətti