Varlı klubların adları açıqlandı

22:21 - 6 Sentyabr 2013

"Real" birinci, "Barsa" isə ikinci oldu

 
 
Dünyanın ən varlı futbol klublarının yeni siyahısı açıqlanıb.
 
Sportal.az xəbər verir ki, siyahıya əvvəlkitək “Real” başçılıq edir.
 
“Deloitte” auditor şirkəti tərəfindən hazırlanan bu siyahıda Madrid təmsilçisi artıq ardıcılıq səkkicinzi dəfədir liderlik mövqeyini qoruyur.
 
2012/13 mövsümündə “Kral klubu” əvvəlki mövsümlə müqayisədə gəlirini 1,3 faiz artırıb. Bununla da “Real”ın gəliri 520,9 milyon avro təşkil edib. Florentino Peresin prezidentliyi dövründə “Real” gəlirini yarım milyard avroya çatdıran ilk idman klubu kimi tarixə düşüb.
 
Reytinqdə ikinci yerdə Madrid təmsilçisinin birnömrəli rəqibi “Barselona” qərarlaşıb. Kataloniya klubunun 2012/13 mövsümündəki gəliri 483 milyon avro təşkil edib. Üçüncü yeri isə “Mançester Yunayted” (396 milyon avro) tutur.

Xəbər xətti