Ronaldo növbəti oyunu buraxacaq

19:11 - 7 Sentyabr 2013

Portuqaliyaya qələbə qazandıran futbolçu zədə ilə oynayıb
 
 
Portuqaliya yığmasının forvardı Kriştiano Ronaldo Braziliya ilə yoldaşlıq oyununu buraxacaq.
 
Sportal.az xəbər verir ki, buna səbəb onun tendinitdən əziyyət çəkməsidir.
 
Komandanın həkimi Enrike Cons Ronaldonun son həftəni müalicə olunduğunu və böyük fədakarlıq nümayiş etdirərək Şimali İrlandiyaya qarşı oynadığını qeyd edib.
 
Qeyd edək ki, Braziliya-Portuqaliya oyunu sentyabrın 10-da Boston şəhərində baş tutacaq.

Xəbər xətti