Braziliya və "Real" üçün ağır itki

12:34 - 8 Sentyabr 2013

Təcrübəli futbolçu zədələndi
 
Braziliya yığmasının və “Real”ın müdafiəçisi Marselo sıradan çıxıb.
 
Sportal.az xəbər verir ki, futbolçu Avstraliya ilə keçirilən beynəlxalq yoldaşlıq oyununda zədələnib. Birinci hissənin sonlarına yaxın meydandan çıxan Marselonun sol ayağında problem olduğu müəyyənləşib. Təcrübəli oyunçunun zədəsinin nə dərəcədə ciddi olub-olmadığı tibbi müayinədən sonra bilinəcək. Amma ilkin məlumata görə, Marselo iki həftə oynaya bilməyəcək. 
 
Qeyd edək ki, yoxlama oyunu Braziliyanın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 6:0. Görüşdə Jo dubl edib (8, 33 dəq), Neymar (35), Ramires (58), Pato (72) və Luis Qustavo (83) isə hərəyə bir dəfə fərqlənib. 

Xəbər xətti