"Brügge"nin futbolçusu intihar etdi

13:20 - 8 Sentyabr 2013

38 yaşında həyatına son qoydu
 
Slovakiya millisinin sabiq müdafiəçi Marek Şpilar intihar edib.
 
Sportal.az xəbər verir ki, ilkin versiyaya görə, futbolçu özünü 5-ci mərtəbədən yerə atıb. Onun 38 yaşında həyatına qəsd etməsinə səbəb isə qarşılıqsız sevgi olub. 
 
Şpilar futbolçu karyerasına 1993-1994- cü il mövsümündə başlayıb. O, karyerası ərzində bir çox Çexiya, Slovakiya, həmçinin “Brügge”, Yaponiyanın “Naqoya Qrampus” kimi klublarında da çıxış edib. Millinin heyətində isə 30 oyunda iştirak edib. 
 

Xəbər xətti