İngilislərə xoşagəlməz sürpriz
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah baş tutacaq Ukrayna – İngiltərə oyunuöncəsi xoşagəlməz hadisə baş verib.
Sportal.az xəbər verir ki, matçı izləmək üçün paytaxt Kiyevə gələn ingilis azarkeşlərə bıçaqla silahlanmış naməlum 30 nəfər hücum çəkib. Şəhər mərkəzində baş verən hadisədə bir neçə ingilis fanat ağır yaralanıb. Hücum edənlər üzlərini gizlətdiyindən onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Zərərçəkənlərdən biri insidentin belə baş verdiyini deyib:
“Biz İngiltərənin oyununu izləmək üçün Ukraynaya gəlmişik. 2012-ci ildə burda keçirilən Avropa çempionatı zamanı tez-tez gəldiyimiz kafedə oturmuşduq. Dostlarımızdan biri siqaret çəkməyə başladı. Birdən onun üstünə üzü bağlı şəxslər hücum etdi. Biz də ona köməyə gedəndə kütləvi dava düşdü”.
İngilis azarkeşlərdən 3 ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlardan biri bıçaqlanıb, biri baş nahiyyəsindən zərbə alıb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, yerli polis hücum edənləri tuta bilməyib.
saytlarin hazirlanmasi