Komanda legionerlərlə yollarını ayırıb
Bu mövsüm I divizionda debüt edəcək Naxçıvan klubu “Araz” hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayevin komandası artıq çempionata hazırdır.
Lakin start öncəsi “Araz” 2 itki ilə üzləşib.Məsələ burasındadır ki, komandanın əcnəbi oyunçuları David Canelidze və Aleksandr Krutskeviç “Araz”ı tərk ediblər. Abdullayev əcnəbilərin gedişini onların ailə problemi ilə əlaqələndirib. Klubun sponsoru olan Muxtar Respublika rəhbərliyi komandanın bütövlükdə yerli oyunçulardan təşkil olunmasını istəyib və bu üzdən hər iki legioner vətəninə yola salınıb.
saytlarin hazirlanmasi