AFFA Sakit Alıyevə yardım edəcək

14:37 - 10 Sentyabr 2013

Mikayıl Nərimanoğlu: "Sakit Alıyevin başına gələnlər haqda dünən mətbuatdan oxuduq"
 
 
AFFA Sakit Alıyevə yardım edəcək
 
Sportal.az xəbər verir ki, Sakit Alıyev uzun illər Azərbaycan futbolunun üzdə olan simalarından olub. Vaxtilə Tovuzun “Turan” klubunun formasını geymiş Alıyev daha sonra doğma komandasında məşqçi kimi fəaliyyət göstərib. 2011-ci ilin may ayında komandasına məşq keçdiyi zaman insult keçirərək məşqçi karyerasına son qoyub. 
 
Artıq xeyli vaxtdır ki, veteran futbolçunun səhətindəki problemlər daha da kəskinləşib. Elə bu yaxınlarda apasport.az sayta açıqlamasında vaxtilə Azərbaycan millisinin şərəfini  qorumuş  Alıyevin  maddi çatışmazlıqdan əziyyət çəkdiyi, problemlər içində çabaladığı hiss olunur. Veteran futbolçu həm də AFFA-dan kömək gözlədiyini də gizlətmir:  
 “Kömək istəməyə üzüm gəlmir. Tovuzun idman ictimaiyyəti mənim üçün müraciət edə bilər. Digər tərəfdən, AFFA-da çalışanlar da durumumdan xəbərsiz olmazlar. Hər halda, məsləhət bilsələr, yardım əli uzadarlar”.
AFFA-nın  İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu  verdiyi açıqlamada futbol qurumunun Sakit Alıyevə hərtərəfli dəstək olacağını bildirdi: 
Sakit Alıyevin başına gələnlər haqda dünən mətbuatdan oxuduq. AFFA hər zaman futbol veteranlarına dəstəyini göstərib və Sakit Alıyev də istisna deyil. Biz ona hərtərfli dəstəyimizi göstərəcəyik və müəlicəsinin həlli yönündə öz köməyimzi əsirgəməcəyik”.
 
axar.az

Xəbər xətti