Yığmamızın sabiq hücumçusu yenə fərqlənə bilmədi

20:30 - 11 Sentyabr 2013

Fərid Quliyev 20 dəqiqə oynaya bildi

 

Milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Kahramanmaraşspor” yoxlama oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, yığmamızın sabiq hücumçusu Fərid Quliyevin çıxış etdiyi komanda Superliqa təmsilçisi “Qaziantepspor”un qonağı olub. 

 

“Qəbələ”nin sabiq hücumçusu seneqallı Mustafa Dabo start heyətində yer aldığı halda, Fərid Quliyev meydana sonradan daxil olub. Futbolçumuz 71-ci dəqiqədən etibarən oyuna qoşulub. Görüş isə 4:4 bərabərliklə başa çatıb.

Xəbər xətti