Çempion məğlub oldu
Futbol üzrə Azərbaycan çempionatının I divizionunda ilk turun daha dörd oyunu keçirilib.
Sportal.az xəbər verir ki, ötən mövsümün çempionu “Ağsu” “Kəpəz”lə oyunda darmadağın olub.
“Neftçala” isə çempionata qayıdan “Karvan”ı 7 qolla məğlub edib. Adını dəyişən Tovuz təmsilçisi də mövsümə məğlubiyyətlə başlayıb. “Turan-T” “Araz-Naxçıvan”a uduzub.
“Turan-T” - “Araz Naxçıvan” - 1:2
Qollar: Kamil Xanıyev, 27 , Akif Tağıyev, 10, Emin İmaməliyev, 52
“Neftçala” - “Karvan” - 7:0
Qollar: Aslan Hüseynov, 21, Azər Həşimov, 26-ö.q, Vaqif Güləliyev, 29; Tanrıverdi Məhərrəmli, 56; Ceyhun Abdullayev, 69; 86; Məhəmməd Alıyev, 79
“Ağsu” - “Kəpəz” - 0:5
Qollar: Qafar Qafarov, 34; Mehdi Mehdiyev, 40; Pərvin Paşayev, 66; Fərid Həsənov, 70; Camal Məmmədov, 85-ö.q.
MOİK - “Bakılı” - 2:2
Qollar: Məhəmməd Bədəlbəyli, 38; Cavid Həziyev, 90+2 - Kamran İsmayılov, 76; Şahin Əliyev, 80
saytlarin hazirlanmasi