Subaşiç komandasına qələbə qazandırdı

00:16 - 16 Sentyabr 2013

 Millimizin üzvü 75 dəqiqə oynadı
 
 
Türkiyə PTT Birinci Liqasında IV turun oyunları keçirilib.
 
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klubu da bu gün növbəti matçına çıxıb.
 
Futbolçumuzun komandası səfərdə “Karşıyaka” ilə qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
 
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Erkan Sözeri millimizin üzvünə bu oyunda da start heyətdə şans verib. O, bu oyunda qol hesabını da açmağa imkan tapıb. Məhz Subaşiçin vurduğu qol komandasına 3 xal qazandırıb. 
 
Qeyd edək ki, millimizin üzvü 75 dəqiqə forma geyinib.
 
 
"Karşıyaka" - "Orduspor" - 0:1
Qol: B.Subaşiç, 22.

Xəbər xətti