Superkubokun hakim təyinatları açıqlandı

16:52 - 21 Oktyabr 2013

Oyunda Rəhim Həsənov fit çalacaq
 
Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan Superkuboku uğrunda oyuna təyinatlar açıqlanıb.

Sportal.az xəbər verir ki, Naxçıvanda keçiriləcək oyun Rəhim Həsənova tapşırılıb.

 

23 oktyabr (çərşənbə)
 
“Xəzər Lənkəran” - “Neftçi”
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu, 15:00
Baş hakim: Rəhim Həsənov
Köməkçi hakimlər: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov

Xəbər xətti