Qurban Qurbanov: "Vacib xallar qazandığımızı düşünürəm"

22:34 - 21 Sentyabr 2014

"Qarabağ"ın baş məşqçisindən açıqlama

 

Premyer Liqanın VI turunun son oyununda “Qarabağ” “Simurq”u 1-0 hesabı ilə məğlub etdi.

 

Sportal.az xəbər verir ki, qələbə haqqında Qurban Qurbanov bunları deyib:

 

"Maraqlı oyun alındı. Vacib 3 xalı qazandıq. “Simurq” bizim üçün çətin rəqibdir. Ötən mövsüm“Simurq”a məğlubiyyətlərimiz olmuşdu. Ona görə də vacib xallar qazandığımızı düşünürəm. Futbolçulara təşəkkür edirəm, sona qədər bir-birini sığortalayıb, qələbəni təmin etdilər. Düşünürəm ki, bir neçə gün istirahət edib, komandanı növbəti oyunlara hazırlaya bilərik."

Xəbər xətti