Mustafa Dənizli ya idman direktoru, ya da baş məşqçi olacaq
“Xəzər Lənkəran”dan ayrılandan sonra işsiz qalan Mustafa Dənizlinin yaxın günlərdə Türkiyənin ən böyük klublarından birinə keçəcək.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisin “Qalatasaray”ın baş məşqçisi olacağı ilə bağlı xəbərlər dolaşır. Hətta klubun prezidenti Ünal Aysalın türkiyəlı çalışdırıcı ilə danışıqlar apardığı bildirilir.
Bəzi mənbələr də Mustafa Dənizlinin “Qaltasaray”da idman direktoru vəzifəsində çalışacağını yazırlar. Baş məşqçi Cezare Prandelli qısa zamanda komandanı“qara zolaq”dan çıxara bilməsə, klub rəhbərliyi italiyalı mütəxəssislə yollarını ayıracaq. Belədə türkiyəli mütəxəssisin baş məşqçi postuna keçmək ehtimalı da artacaq.
saytlarin hazirlanmasi