Marat İzmayılov Qəbələyə qayıdır

01:45 - 23 Sentyabr 2014

Rusiyalı ulduz Azərbaycanda keçən günlərini xatırladı
 
Portuqaliyanın “Portu” klubuna məxsus olan Marat İzmayılov hazırda icarə əsasnda Rusiyaının  “Krasnodar” komandasında  çıxış edir.
 
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına müsahibəsində təcrübəli futbolçu ölkəmiz barədə eləcə də ötən mövsüm çıxış etdiyi “Qəbələ” klubu haqqında danışıb:
 
“Çoxları kimi mən də əvvəl Azərbaycanda yaşamağımın çətin olacağını düşünürdüm . Ancaq orada qeyri-adi bir şey yoxdur. Azərbaycanda adaptasiya dövrünü tez keçdim. Rusiyada necə yaşayırdımsa, orada da günlərim elə keçirdi. Azərbaycan xalqı həm qonaqpərvər həm də mehribandır. Onların çox gözəl  adət-ənənələri var. Bakı gözəl şəhərdir və çox xoşuma gəlir.  Azərbaycanda mənzərəli və gəzməli yerlər çoxdur. Xüsusən də Qəbələdə. Qəbələdə dostlarım var və onlarla da tez-tez əlaqə saxlayıram. Ola bilsin ki, yaxın vaxtlarda onlara baş çəkdim” 

Xəbər xətti