İntizam komitəsinin qərarları
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər veriri ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında müvafiq qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının VI turunun “İnter” – “Bakı” matçının 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Muarem Zekir texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasının VI turunun “Sumqayıt” – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
saytlarin hazirlanmasi