Valter Massari: "Bəzi futbolçular buna dözmür və növbəti oyunda yorğunluq hiss edirlər"
Avropa Liqasının qrup mərhələsində “Qarabağ” növəbəti oyununu İtaliya nəhəngi “İnter”ə qarşı səfərdə keçirəcək.
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin baş məşqçisi Valter Massari komandasının İtaliya A seriyasında çıxışını dəyərləndirib:
“Üç oyundan beş xal toplamışıq. Bizim üçün yeni bir mərhələ başlayıb. "İnter"in heyəti yenidən formalaşdığından bir qədər vaxt lazımdır. Kənardan gələn oyunçular hələ komandaya uyğunlaşmayıblar. Onlar xeyli müddət bir yerdə oynamalıdırlar ki, biri-birilərini yaxşı başa düşsünlər. Bunu dərk etmək lazımdır ki, üç gündən bir oynamaq çox çətindir. Bəzi futbolçular buna dözmür və növbəti oyunda yorğunluq hiss edirlər. Bu da istər-istəməz komandanın oyununa təsir edir”.
saytlarin hazirlanmasi