"Qələbəsizlik sindromu qırsaq, davamı gələcək"
Türkiyənin PTT Liqasında çıxış eləyən “Qaziantep BB” klubu Türkiyə kubokunda növbəti mərhələyə adlayıb. “Selcukspor” üzərində qazanılan 2:1 hesablı qələbənin memarı azərbaycanlı futbolçular olub.
“Qaziantep BB” hesabda geri düşsə də, əvvəlcə Vaqif Cavadov hesabı bərabərləşdirib. Ardınca isə Rəhman Hacıyev qələbə qolunu vurub.
Sportal.az saytına açıqlama verən Rəhman Hacıyev oyunla bağlı bunları deyib:
“Hesabda geri düşsək də, çox şükür, qələbə qazandıq və mərhələ adladıq. Qrup mərhələsinə düşmək üçün daha iki oyun qazanmalıyıq. Oyunuma gəlicə, həm qol ötürməsi verdim, həm də qol vurdum”.
“Qaziantep BB”nin çempionatda işləri heç də yaxşı getmir. Komanda keçirdiyi üç oyunun hamısında heç-heç edib. Millimizn üzvü bunu bəxtsizliklə əlaqələndirir:
“Hər şey göz qabağındadır. Gah boş qapıya topu göndərə bilmrik, gah top dirəkdən qayıdır. Bir az bəxtimiz gətirmir. Qarşıdakı turlarda qələbəsizlik sindromu qırsaq, davamı gələcək”.
saytlarin hazirlanmasi