Ceyhun Sultanov: "Baş məşqçi futbolçulara nə desin?"

15:30 - 24 Sentyabr 2014

"AZAL-dan üstün futbol nümayiş etdirdik"

 

Premyer Liqanın son turunda “Sumqayıt” doğma azarkeşləri önündə AZAL-a məğlub oldu. Evdə, müanisb rəqibdən xal ala bilməməyi bu klubun azarkeşlərini də çox məyus etdi.

 

“Sumqayıt”ın məğlubiyyətinə şərh vermək üçün Ceyhun Sultanova müraciət etdik. Sportal.az saytına açıqlama verən klubun baş meneceri son nəticəni daha çox bəxtsizliklə əlaqələndirdi:

 

“Sumqayıt” oyun baxımından məğlub olmadı. Deyərdim ki, AZAL-dan üstün futbol nümayiş etdirdik. Belə olan halda, baş məşqçi futbolçulara nə desin?

 

Qarşıda “Simurq”la səfər oyunu var və komanda bu oyuna toparlanmalıdır. Çempionatda hər xal bizim üçün qızıla bərabərdir”.

 

“Sumqayıt” son illər çempionatı mütəmadi olaraq autsayderlər qrupunda başa vurur. Görəsən, bu mövsüm də belə olacaq?  Ceyhun bəy bu məqama belə aydınlıq gətirdi:

 

“Futbolçularımızın potensialı olsa da, bir qədər ustalıq səviyyəsi çatmır. Bu mövsüm də 4-5 komanda avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacaq. Biz, “Araz Naxçıvan”, AZAL, “Bakı” və “Simurq” isə daha çox öz aramızda, ikinci beşlikdə mübarizə aparacağıq”

Xəbər xətti