Millimizin sabiq qapıçısı : "Gəncədə bu bir ilkdi"

11:29 - 25 Sentyabr 2014

Çalışıriq ki gənc perspektivli uşaqları üzə çıxaraq

 

Müxtəlif vaxtlarda milli komandamıza da dəvət alan, daha çox isə "Kəpəz" klubunda oynamaqla yaddaşlarda qalan Xəyal Zeynalov Gəncədə qapıçı məktəbinin açılması barədə danışıb.

 

Sportal.az-a açıqlamasında Xəyal Zeynalov bunları deyib :

"Gəncədə bu bir ilkdi. Taryel Huseynovla qərara geldik ki belə bir iş görək. Uzun müddət həmkarımla Gəncə futboluna xidmət etmişik. Qərara gəldik ki indidə qapıçıi məktəbi açmaqla xidmətimizə davam edek bizim bu layihə Gəncə futbol veteranları ve futbol adamları tərəfində çox bəyənilir. Biz isə durmadan çalışırıq ki gənc perspektivli uşaqları üzə çıxaraq. Bu işdə TİM Gəncə filialının Direktoru Xəyal Hacıyevin böyük dəstəyi var və biz bu günle kifayətlənməyib regionda da qapıçı axtarışına çıxmaq istəyirik. Bunun üçundə AFFA-dan dəstək gözləyirik. Bizim Məqsədimiz Gəncə, Şəmkir,Tovuz, Qazax Goranboy, Samux və Göygöldə istedadlı qapəçıları tapıb, onlarla işləyib başda milli komandamız və klublarımıza bəxş edək."

 

Daha sonra məşq prosesindən söz açan mərkəzin direktoru Xəyal Zeynalov bunları söyləyib : "Hal hazırda 25-ə yaxın qapıçımız var. 10-17 yaş arasında yeniyetmə ve gənc qapıçılarımız məşq keçirlər. Məşqlərimiz də həftədə 4 gün olmaqla keçirilir."

 

Xəbər xətti