7 turda əsas heyət üzü görməyən Dmitri Nazarov
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts son illər yığma komandanı fərsiz, istedadsız əcnəbilərin sınaq poliqonuna çevirib. Ona görə də, Foqtsun Almaniyanın aşağı liqasından tapıb milliləşdirdiyi Əli Gökdəmirin ölkəmizin ortabab komandası olan “Simurq”da ehityat skamyasının daimi üzvünə çevrilməsi heç kimə təəccüblü gəlmir.
Milliləşdirilənlər arasında Almaniyanın həvəskar liqasında çıxış eləyən Rüfət Dadaşov və 2-ci Bundesliqada baş girləyən Dmitri Nazarov da var.
Rüfət Dadaşovun statistikasını incələmək belə futbolumuz adına ayıb olar. Çünki bu adam peşəkar yox, həvəskar futbolla məşğuldur.
Dmitri Nazarova gəlincə, bu futbolçu millimizin Bolqarıstanla oyununda heç də pis təsir bağışlamadı. Amma bu da faktdır ki, Nazarov Almaniyanın 2-ci Bundesliqasında da oynamaq qabiliyyətində deyil. Bunu biz yox, faktlar deyir.
Artıq 7 tur araxada qalsa da, Nazarov hələ də heyət üzü görməyib. O, cəmi 4 dəfə sonradan oyuna daxil olub. Toplam götürsək, heç 90 dəqiqə meydanda olmayıb.
İlk iki turda oyunu kənardan izləyən Nazarov nəhayət “Düsseldorf”la oyunda 88-ci dəqiqədə meydana girib. Növbəti oyun yenə ona etimad göstərilməyib. “Bohum”la oyunda ikinci 45 dəqiqədə özünü göstərmək üçün şans qazanıb. Amma növbəti görüşlərin birində 86, digərində 73-cü dəqiqədə mübarizəyə qoşulub. Bu qədər…
Bu da sizə AFFA-nın milliləşdirdiyi futbolçu.
saytlarin hazirlanmasi