Yeni buraxılış
Azərbaycan teleməkanın populyar futbol verilişi "TOP TOP" növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib. Sportal.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub.
Proqramın bu dəfəki qonaqları AFFA-nın Veteranlar İttifaqının sədr müavini Rüstəm Rəhimov, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov, "Futbol+" qəzetinin əməkdaşı Həbib Aslanov və "Neftçi" klubunun prezidentinin müşaviri Elnur Əşrəfoğlu olub.
"TOP TOP"da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Topaz Premyer Liqasının oyunlarından söhbət aparılıb. "Qarabağ"ın Avroliqa oyunlarından və 2020-ci ildə Avropa çempionatının 4 matçını qəbul edəcək paytaxtımızın futbol perespektivlərindən danışılıb. Verilişin aparıcısı Seyran Babayev olub. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. "TOP TOP"un videoyazısını təqdim edirik:
saytlarin hazirlanmasi