İbrahin Uzunca: “Araz Naxçıvan”la oyuna qədər futbolçuları psixoloji durumdan çıxarmağa çalışdıq"
Ötən tur səfərdə “İnter”ə 7:0 məğlub olan “Bakı” komandasını qarşıda “Araz Naxçıvan”la oyun gözləyir. “Bakı”nın baş məşqçisi İbrahim Uzunca komandasının qarşıdakı oyuna hazılığı ilə bağlı fikirlərini Sportal.az-a açıqlayıb:
“İnter”ə 7:0-lıq məğlubiyyət bizi çox üzdü. Həmin oyunda buraxdığımızı səhvlər üzərində işlədik. “Araz Naxçıvan”la oyuna qədər futbolçuları psixoloji durumdan çıxarmağa çalışdıq. Futbolçularla ayrı-ayırlıqda söhbət etdim. Onlara başa saldım ki, futbolda belə nəticələr olur. Braziliya kimi beşqat dünya çempionu öz meydanında Almaniya millisinə 7:1 məğlub oldu. Əsas odur kİ, acı məğlubiyyətdən dərs çıxaraq. Futbolçular da bunu başa düşürlər. Onlar da isməzlər ki, komanda ağır məğlubiyyətə uğrasın. Bəzən belə yenilgilərdən sonra komanda toparlanır.
Qarşıda “Araz Naxçıvan” və ardınca da “Simurq”la təxirə salınmış ev oyunumuz var. Həmin oyunlardan uğurlu nəticə əldə edib bir qədər rahat nəfəs almaq istəyirik. “Bakı”nın heyəti gənc oyunçulardan qurulub. Onların da təcrübəsi istənilən səviyyədə deyil. Sözsüz ki, həmin gənclərin praktika yığması üçün vaxt lazımdır. Onu da bilirsiz ki, komanda təlim-məşq toplanışı keçməyib. Qısa müddətdə yığılan komandadır. Qışa qədər heyət formalaşdıra bilsək, artıq komandadan istədiyimizi ala bilərik”.
saytlarin hazirlanmasi