Futbolçularımızın nəzərinə: Dopinqdə ilişsəz...

11:45 - 27 Sentyabr 2014

Sergey Sokolov, Mahir Şükürovdan sonra hələki sakitçilikdi

 

Dünya antidopinq agentliyi (WADA) və FIFA yeni antidopinq qaydalarının tədbiq olunması barədə razılığa gəliblər.

 

Sportal.az xəbər verir ki, dopinq qəbul edən futbolçular əvvəlki kimi 2 il yox, artıq 4 il müddətinə qədər cəza alacaqlar. Bu isə o deməkdir ki, dopinqdə ilişən futbolçu hətta karyerasına son qoya bilər bununla.

 

Yeni qaydalar 2015 ci il, yanvarın 1-dən qüvvəyə minəcək.

 

Qeyd edək ki, belə hallar Azərbaycan millisinin futbolçularının da başına gəlib. 2006-cı ildə Belçikaya qarşı oyundan sonra millimizin müdafiəçisi Sergey Sokolov götürülən test müsbət nəticə vermişdi.Orqanizmində istifadəsi qadağan olunan maddə tapıldığından FİFA onu 18 ay diskvalifikasiya etmişdi.

 

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində okyabrın 11-də İstanbulda keçirilmiş Türkiyə – Azərbaycan oyunundan millimizin daha bir futbolçusu Mahir Şükürov da dopinq-testə cəlb olunub. Onun dopinq istifadə etdiyi aşkarlansa da, Şükürov 2 aylıq cəza ilə canını qurtara bilib. 

Xəbər xətti