Buna mütləq baxın: Millimizin sabiq futbolçusundan əsəbləri tarıma çəkəcək penalti zərbəsi VİDEO

12:55 - 27 Sentyabr 2014

Nə penaltini vurdu, nə də...

 

1-ci divizionda 4-cü turun “Rəvan” – “Zirə” matçı maraqlı hadisə ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, oyunun ikinci hissəsində “Zirə” penalti vurmaq hüququ qazanıb. Topa millimizin sabiq üzvü Vüqar Əsgərov yaxınlaşıb.

 

Qapıçı onun penalti zərbəsini dəf edib. Lakin top yenidən Əsgərovun qabağına düşüb. Topu boş qapıya göndərmək üçün ona heç kim mane olmasa da, Əsgərov bunu bacarmayıb. Onun işini digər “Zirə”li futbolçu sona çatdırıb. Ancaq o da ofsaydda olduğu üçün qol qeydə alınmayıb.

 

Penalti təyin edildiyi məqam “Zirə” 1:2 hesabı ilə geidə olub. Bu epizodda qol vursaydılar... Amma vurmayıblar və nəticədə 1:3 hesablı məğlubiyyət yaşayıblar.  

 

Xəbər xətti