Qumarxanalara etiraz etdi
Öz şəxsi facebook hesabından öz fikirlərini bölüşən millət vəkili Fazil Mustafa qumarxana mövzusuna toxunub.
Sportal.az sizə həmin fikirləri təqdim edir :
"Xarici siyasətdə bir çox addımlarını uğursuz hesab etdiyim Türkiyənin Baş naziri Əhməd Davudoğlunun daxili siyasətdə bu addımını müsbət qiymətləndirirəm. Türkiyədə dövlət adına oynanan qumarın-lotereyanın ləğv olunması bütün hallarda insanların faydasınadır. Bunu heç İslamla da əlaqələndirmək lazım deyil. İstər dindar, istər qeyri-dindar, soruşun çevrənizdəki insanlardan, görün qumardan kim mütləq mənada xeyir görüb? Dağılan ailələrin, müflis olan insanların həyat dramı təkcə romanlarda rast gəlinməz. Nə zamansa Azərbaycanda da bu addım atılmalıdır. İnsanların ümidinin şansa buraxılmasını, yüzlərlə adamın qumarxanalarda həyatını mənasızlaşdırmasını böyük faciə olaraq görürəm. Ola bilsin ki, buna da etirazlar olacaq ki, onda bu pullar başqa ölkələrin büdcəsinə axacaqdır. Futbolda və başqa idman sahələrində olan milyardlarla qumar pullarından da ölkələrin imtina etməsi asan görünmür. Ancaq narkotikdə də böyük pullar var, mübarizə aparılmasın ki, bu pullar əks halda başqasının cibinə axacaqdır? Qumarın hər hansı növünün yığışdırılmasının tərəfdarıyam. İnsan həyatında ən ağır xəstəliklərdən də biri şübhəsiz ki, qumardır."
saytlarin hazirlanmasi