Qurban Qurbanov: "Almeydanın zədəsi ciddi deyil"

18:22 - 27 Sentyabr 2014

Baş məşqçidən açıqlama

 

Premyer Liqasının VII turunun mərkəzi görüşündə “Neftçi” “Qarabağ”ı qəbul etdi.

 

Sportal.az xəbər verir ki, oyunda qələbə qazanan "Qarabağ"ın baş məşqçisi oyun haqında bunları deyib :

 

“Yaxşı oyun alındı. Azarkeşlər 4 qol izlədilər. Sona kimi oyun intizamını qoruyan futbolçularımdan razı qaldım. “Neftçi”nin yaxşı oyunçuları çoxdur. Onlar imkanlardan istifadə edə bilirlər. “Neftçi” bu gün məğlub olsa da, yaxşı oyun göstərdi. Almeydanın zədəsi ciddi deyil. Ağrıları çox olsaydı, davam edə bilməzdi. Bizi qarşıda “İnter”lə çətin oyun gözləyir. İtaliya klubuna qarşı oyunda ən azından layiqli mübarizə aparacağıq”

Xəbər xətti