Arif Əsədov: “Heç-heçə oyunun ədalətli nəticəsi olardı”

18:31 - 27 Sentyabr 2014

Baş məşqçi məğlubiyyətdən danışdı

 

Premyer Liqasının VII turunun mərkəzi görüşündə “Neftçi” “Qarabağ”ı qəbul etdi.

 

Sportal.az xəbər verir ki, 1:3 hesabı ilə əzəli rəqibinə uduzan "Neftçi"nin baş məşqçisi Arif Əsədov bunları deyib:

 

“Bilirdik ki, “Qarabağ” bu oyuna yaxşı hazırlaşıb. Biz bu görüşə fərqli taktika ilə çıxmışdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Amma oyunda verilən penalti hər şeyi dəyişdi. Qoldan sonra “Qarabağ” bizi əks hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü. Çatışmazlıqlarımız var. Bunları aradan qaldırmalıyıq.Fasilə yaranır. Təəssüf ki, tam heyətlə hazırlığımızı davam etdirə bilməyəcəyik. Qeyd edim ki, məncə, “Qarabağ”a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi heç-heçə olardı."

Xəbər xətti