Baş məşqçi qələbədən danışdı
Premyer Liqanın VII turunda “Araz Naxçıvan”a qarşı keçirilən oyun “Bakı” üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, bu gün reallaşan oyunda “Bakı” “Araz Naxçıvan”ı 2-1 hesabı ilə məğlub edərək, cari mövsümdə ilk qələbəsini qazanıb. Oyundan sonra isə "Bakı"nın baş məşqçisi İbrahim Uzunca bunları söyləyib:
“1 həftədir ki, bu oyuna hazırlaşırdıq. Ötən oyunda “İnter”ə böyük hesabla məğlub olmuşduq. Amma həmin məğlubiyyətdən sonra biz biri-birimizə dəstək olduq. Bu gün biz tam üstün oynadıq və qələbə qazandıq. Sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularımızın alnından öpürəm. Qələbəni klub rəhbərliyinə həsr edirik”.
saytlarin hazirlanmasi