Baş məşqçidən şok açıqlama
Premyer Liqanın debütantı “Araz Naxçıvan” bu gün VII tur çərçivəsində keçirilən oyunda səfərdə “Bakı”ya 1-2 hesabı ilə uduzdu.
Sportal.az xəbər verir ki, oyundan sonra "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev gözlənilməz açıqlama verib:
“Bu oyunla bağlı heç nə deməyəcəyəm. Nəsə danışmaq çətindir. Bu günə kimi belə hadisələrlə üzləşməmişəm. Çox çətindir, yeni komanda, yeni futbolçular. Əgər mən Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm. Bu gün istefa vermək istəyində olduğumu rəhbərliyə deyəcəyəm. Özüm getmək istəyirəm”
saytlarin hazirlanmasi