Tərlan Əhmədov: "İkinci hissədə rəqibə görə oynamağa başladıq"

19:49 - 27 Sentyabr 2014

Baş məşqçidən açıqlama

 

Premyer Liqanın VII turunda  AZAL “İnter”i qəbul etdi.  

 

Sportal.az xəbər verir ki, 1;1 hesabı ilə başa çatan qarşılaşmadan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları deyib:

 

“Sumqayıt”la oyundan sonra futbolçularımla söhbətim olmuşdu. Bildirmişdim ki, komanda ev oyununda uzun müddətdir qələbə qazanmır. Hesab edirəm ki, oyunçularım mübarizə apardılar. İlk hissədə daha çox hücum etdik. İkinci hissədə isə mənim tapşırığıma əsasən komanda bir qədər geri çəkildi. Düşünürəm ki, 70 dəqiqə mən istəyən futbolu oynadılar. Biz ikinci hissədə rəqibə görə oynamağa başladıq. Bəzi epizodlar oldu ki, uğur qazana bilərdik. Amma alınmadı. Daha sonra bir səhv buraxdıq. Həmin səhvdən sonra rəqib qol vurdu və yekun nəticəni müəyyənləşdirdi. Artıq oyunu unutmalı və qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Bunun üçün vaxtımız var”.

Xəbər xətti