Hakimlikdən narazı qalsa da, rəqibi təbrik etdi
Bu gün Azərbaycan Premyer Liqasında 7-ci turun 3 oyunu keçirilib. Turun mərkəzi oyunu “Neftçi” ilə “Qarabağ” arasında olub.
Bu oyunda baş hakim Orxan Məmmədovun idarəçiliyi “Neftçi” klubunun narazılğına səbəb olub. Bu məsələ ilə bağlı klub prezidentinin müşaviri Elnur Əşrəfoğlu saytımıza açıqlama da verib.
Lakin Sportal.az maraqlı məlumat öyrənə bilib. Belə ki, qalmaqallı oyundan sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqov “Qarabağ”ın soyunub-geyinmə otağına gəlib.
“Neftçi”nin prezidenti hakim qərarlarından narazı qalsa da, “Qarabağ”lı futbolçuları qələbə münasibəti ilə təbrik eləyib:
“Hamınızı qələbə münasibəti ilə təbrik eləyirəm. “Qarabağ” bizim fəxrimizdi. Qarşıda sizi Avroliqada “İnter”lə oyun gözləyir. Bu oyunda ürəyimiz sizinlə döyünəcək”.
saytlarin hazirlanmasi