Klub rəhbərliyi Əsgər Abdullayevin istefasını qəbul etmədi

14:35 - 28 Sentyabr 2014

"Günahı baş məşqçidə axtarmaq lazım deyil"

 

Premyer Liqanın VII turunda "Bakı" klubuna 1-2 uduzan "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev istefa vermək istədiyini bildirmişdi.

 

Sportal.az xəbər verir ki,  Artıq baş məşqçi istefa verməsi barədə klub rəhbərliyi ilə danışıb. Lakin klub rəhbərliyi bu istefanı qəbul etməyib və baş məşqçi öz postunda qalıb.

 

Bu barədə “Araz Naxçıvan”ın prezidenti Orxan Cabbarov klubun rəsmi saytına açıqlamasında bunu təsdiq edib:

 

"Əsgər Abdullayevi istefaya səsləyən azarkeşlərə sözüm var: Naxçıvanda futbol olmayanda harda idiz? İndi baş məşqçini istefaya səsləyirsiz. Əsgər müəllim birinci divizionda komanda ilə nailiyyət qazananda hamınız onu alqışlayırdız. Bu gün keçirilən oyunun 88-ci dəqiqəsinə kimi harda idiz? Günahı baş məşqçidə axtarmaq lazım deyil, sadəcə komandaya dəstək olmaq lazımdır, necə ki, ötən mövsüm dəstək olmusunuz. Əsgər Abdullayevi komandanın başına gətirəndə heç bir azarkeşdən məsləhət alınmayıb, indi də istefaya göndərəndə onların sözü önəmli hesab edilsin. Komandaya dəstək olan hər bir azarkeşimizə xüsusi hörmətimiz var. Əsgər Abdullayevin istefa fikri klub rəhbərliyi tərəfindən qəbul edilmədi və o, müqaviləsi başa çatana kimi "Araz-Naxçıvan"da baş məşqçi kimi fəaliyyət göstərəcək. Hətta onunla olan müqaviləmizi uzatmaq fikrindəyik".

Qeyd edək ki, Əsgər Abdulayev ötən mövsümdən "Araz Naxçvan"ı çalışdırır.

Xəbər xətti