Georgi Çixradze: "Futbolçularım xarakter göstərdilər"

20:21 - 28 Sentyabr 2014

"İlk 45 dəqiqə ağır keçdi"

 

Azərbaycan Premyer Liqasının 7-ci turunun dramatik oyunlarından biri Zaqatalada reallaşdı. “Sumqayıt” 2-0 hesabı ilə önə keçsə də, meydan sahibi “Simurq” oyunun qalan hissəsində 3 qol vuraraq, 3 xalı aktivinə yazdırdı.

 

Sportal.az xəbər verir ki, "Simurq"un baş məşqçisi Georgi Çixradze qarşılaşma haqqında bunları söyləyib.


 “Biz birinci hissədə oynaya bilmədik. İlk 45 dəqiqə ağır keçdi. Ardıcıl oyunlarda qeydə alınan məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi. Fasilədə oyunçularımla  söhbət etdim, dəyişikliklərə getdik. Mən oyunçuları fasilədə yenidən oyuna köklədim. Futbolçular bu qarşılaşmada xarakter göstərdilər. Biz qara zolaqda idik. Amma “Sumqayıt” üzərində qazanılan qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm”.

Xəbər xətti