Aqil Məmmədov: "Futbol belə oynanılmır"

20:33 - 28 Sentyabr 2014

"İkinci hissədə səhvlər etdik"

 

Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sumqayıt” səfərdə “Simurq”a 2-3 hesabı ilə uduzdu. Komandanın baş məşqçisi Aqil Məmmədov bu məğlubiyyəti şərh edib.

 

Sportal.az xəbər verir ki, "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov qarşılaşma ilə bağlı bunları söyləyib.


"İki fərqli hissə izlədik. Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik. Əvəzetmədən  meydançaya çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət edəcəyəm. Bizim gənclərimizin düşüncəsi fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır".

Xəbər xətti