"Biz oyuna qələbə qazanmaq üçün çıxmışdıq"
Premyer Liqasının 7-ci turunun son oyunu Qəbələdə baş tutdu. “Qəbələ” – “Xəzər Lənkəran” oyunu 1-1 hesabı ilə başa çatdı.
Sportal.az xəbər verir ki, "Qəbələ" klubunun baş məşqçisi Doriel Munteanu qarşılaşma ilə bağlı bunları söyləyib.
“Biz oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Oyuna yaxşı köklənmişdik. Hər şey yaxşı gedirdi, qol vurduq. Lakin qol vurduqdan sonra köklənmə ilə bağlı problem oldu. Daha sonra rəqib səhvimizdən yararlanıb, qapımıza yol tapdı. İki xal itirdiyimizə görə çox pərt olmuşam”.